Ronaldo, yoxsa Qrizman?
Bu gün futbolsevərlərin diqqəti İspaniya La Liqasına yönələcək. SportLine.az xəbər verir ki, 31-ci tura təsadüf edəcək görüş çempionluq uğrunda mübarizədə müham əhəmiyyət kəsb edir. Hazırda bir oyun az keçirən "kral klubu" rəqibini 10 xal qabaqlayır. Zirvədəki madridlilər "Barselona"dan 2 xal öndədir.
Oyun komandaların liderləri - Ronaldo və Qrizmanın mübarizəsi kimi də əlamətdar olacaq. Mühüm görüş ərəfəsində futbolçuların mövsüm ərzindəki çıxışlarına nəzər salaq:
| Kriştianu Ronaldo | vs. | Antuan Qrizman |
| 35 | OYUNLAR | 42 |
| 26 | QOLLAR | 22 |
| 12 | MƏHSULDAR ÖTÜRMƏLƏR | 11 |
| 3 |
"Real" - "Atletiko" |
0 |
Qeyd edək ki, "Real" (Madrid) - "Atletiko" (Madrid) matçı Bakı vaxtı ilə saat 18:15-də başlanacaq.