Ronaldu Zidanı söydü. Onu Materatsinin aqibəti gözləyir?
Kriştianu Ronaldu La Liqanın 6-cı turunda "Las Palmas"la görüşün (2:2) 72-ci dəqiqəsində əvəzlənməsinə etiraz edib. O, ehtiyat oyunçular skamyasında Zinəddin Zidana qeyri-etik sözlər işlədib. İspaniyanın “Sport” qəzeti Ronaldonun baş məşqçi barədə “fahişə oğlu” ifadəsini işlətdiyini iddia edib. Oyundan sonra Zidan Ronaldonun əvəzləməsinin səbəbi haqda danışıb: "Çərşənbə günü də oynadığımız üçün ona istirahət verməli idim. Ronaldo yaxşı oynadı, buna baxmayaraq, dəyişiklik etməliydim. Çünki Çempionlar Liqasında da oyunumuz var".