Ronaldu Cokoviçə məşq keçir

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo məşhur tennisçi Novak Cokoviçə tullanmaq texnikasını öyrədir.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, İnstagram hesabında serb tennisçiyə düzgün tullanmağın üsullarını öyrədən videosunu paylaşıb.

Ronaldo postun altından bu sözləri yazıb: “Cokoviçə hündürlüyə tullanmağı öyrədərkən. Səninlə görüşmək və birlikdə məşq etmək xoşdur”.

Qeyd edək ki, Ronaldo bu yaxınlarda İtaliya çempionatında “Sampdoriya”nın qapısına 2 metr 56 santimetr hündürlükdən başla vurduğu qolla gündəmə gəlib.