Ronaldu liderliyə yüksəldi

"Yuventus”un hücumçusu Kriştianu Ronaldu A Seriyasının ən yaxşı bombardirləri siyahısında birinciliyə yüksəlib.

Sportline.az xəbər verir ki, 35 yaşlı hücumçu İtaliya çempionatının 13-cü turunun “Parma”ya qarşı matçında fərqlənərək, qollarının ümumi sayını 11-ə çatdırıb.

Ronaldu bu göstəricidə "Milan"ın isveçli oyunçusu Zlatan İbrahimoviçi və “İnter”in belçikalı futbolçusu Romelu Lukakunu ötüb.

Xatırladaq ki, Ronaldu 2020-ci ildə “Yuventus”un heyətində 38 oyunda 40 qol vurub.