Ronaldu növbəti rekordun astanasında
"Real"ın hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasında daha bir uğurun astanasındadır. SportLine.az xəbər verir ki, portuqaliyalı hücumçu bir il ərzində ən çox qol vuran futbolçu kimi qitənin ən nüfuzlu klub turnirinin tarixinə düşə bilər.
2015-i ildə 16 qol vurmaqla bu ada sahib çıxan K.Ronaldu, bu il göstəricisini daha da yaxşılaşdırmağa yaxındır. 2017-ci il ərzində analoji uğuru təkrarlayan Madrid klubunun lideri daha bir qol vurmaqla yarışın tarixində yeni səhifə aça bilər.
Qeyd edək ki, "Real"ın bu il Çempionlar Liqasında daha iki oyunu var. "Kral klubu" ilin sonunadək APOEL və Dortmund "Borussiya"sı ilə qarşılaşacaq.