Rövnəq Abdullayev: Danışılmış oyunları həyata keçirənləri cinayət məsuliyətinə cəlb edəcəyik
Bu gün AFFA-nın hesabat konfransından sonra qurumun İcraiyyə Komitəsinin iclası keçirilib. Sportline.az xəbər verir ki, iclasdan sonra açıqlma verən AFFA prezidenti Rövnəq Abdullayev danışılmış oyunlarla bağlı məsələnin müzakir olunduğunu bildirib: “UEFA-da bütün oyunlar izlənilir. Premyer Liqamızla bağlı heç bir şübhə olmayıb. Birinci divizionda isə belə şübhələr oldu. Bütün epizodlara baxıb, İntizam Komitəsinə tövsiyə etdik ki, bu gün radikal qərarlar qəbul edilsin. Bu, cinayətdir. Danışılmış oyunları həyata keçirənləri cinayət məsuliyyətinə cəlb edəcəyik. Əks halda, futbol biabırçılığa çevriləcək. Bu, mənə çox pis təsir etdi”.