Rövnəq Abdullayev: "Lizensiya ala bilən bütün komandalar Premyer Liqada iştirak edəcək"

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan Premyer Liqasının növbəti mövsümündə neçə komandanın iştirak edəcəyinin hələ müəyyənləşmədiyini bildirib. Sportline.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında,  elitanın sonuncusu AZAL-ın yüksək dəstədə saxlanılıb-saxlanılmayacağına da toxunub: “Növbəti mövsümdə Premyer Liqada neçə komandanın iştirak edəcəyi haqda hələ qərar verilməyib. Mövsüm bitəndən sonra bunu müzakirə edəcəyik. Lizensiya ala bilən bütün komandalar Premyer Liqada iştirak edəcək. AZAL sonuncu pillədə qərarlaşıb. Bu komandanın məsələsinə baxacağıq. Qaydalara əsasən, çempionatdan çıxmalıdı. Əgər I divizion klublarından lisenziya alan olsa, AZAL aşağı dəstəyə düşəcək. Aşağı liqadan neçə komandanın elitaya qalxacağını isə hələ bilmirik”.

 

Banner