Ruben Amorim bu futbolçuları “Mançester Yunayted”də görmək istəmir
“Mançester Yunayted”ə yeni baş məşqçi təyin olunacaq Ruben Amorim klubda görmək istəmədiyi oyunçuların adı bəlli olub.
Sportline.az “TeamTalk” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəsis Viktor Lindelöf, Kazemiro və Kristian Eriksenin klubdan göndərilməsini istəyib.
Markus Reşfordun isə yaxşı təklif gələcəyi halda göndərilməsinə icazə verəcək.
Rasmu Hoylond, Kobi Meyno və Qarnaçonun isə oyununu yüksək qiymətləndirir.
Qeyd edək ki, Ruben Amorim bu həftə sonu “Mançester Yunayted”ə baş məşqçi təyin olunacaq.