Ruben Amorim fransalı vingerin transferini tələb edir

"Mançester Yunayted"in baş məqçisi Ruben Amorim fransalı vinger Bredli Barkolanın transferini rəhbərlikdən tələb edib.

Sportline.az jurnalist Ekrem Konurun məlumatına istinadən xəbər verir ki, 23 yaşlı sol cinah vingerinin transfer qiyməti 70 milyon avrodur.

PSJ yaxşı təklif gəldiyi halda, futbolçusu sata bilər.

Qeyd edək ki, "Mançester Yunayted"lə yanaşı, "Liverpul" və "Bavariya"da sözügedən oyunçu ilə yaxından maraqlanır.