Ruben Amorim: "Klub üçün doğru olanı etdim"

"Mançester Yunayted"in portuqaliyalı çalışdırıcısı Ruben Amorim Reşfordun heyətdən uzaqlaşdırılması ilə bağlı açıqlama verib.

Sportline.az xəbər verir ki, "Sky Sports" kanalına müsahibə verən Amorim Reşford üçün doğru olan qərarı verdiyini söyləyib.

"Klub üçün doğru olan etdim. Bu həm "Mançester Yunayted" üçün həm də Reşford üçün doğru olan qərar idi. Etdiyim şey səhv deyil. Mən buraya klubu yenidən yüksək zirvəyə qaldırmaq üçün gəlmişəm", - deyə Ruben Amorim bildirib.

Qeyd edək ki, Markus Reşfordun yanvar ayında "Mançester Yunayted"dən ayrılacağı gözlənilir.