Ruben Amorim nigeryalı futbolçunu "Mançester Yunayted"ə gətirmək istəyir

"Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı futbolçu Viktor Osimhen karyerasını "Mançester Yunayted" klubunda davam etdirə bilər.

Sportline.az "El Nacional"a istinadən xəbər verir ki, "Mançester Yunayted" Osimhen üçün "Napoli"yə 75 milyona avro ödəməyə hazırdır.

Portuqaliyalı baş məşqçi Ruben Amorim Osimhenin transferində israrlıdır.

Qeyd edək ki, Osimhen müqavilə əsasında "Napoli" klubuna məxsusdur.

O cari mövsüm çıxış etdiyi 15 matçda 12 qol və 5 asistlə yadda qalıb.