Ruben Neveş Mançester klubunun diqqət mərkəzindədir
“Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Neveş qış transfer pəncərəsi dövründə komandasını dəyişə bilər.
Sportline.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim həmyerlisinin transferini rəhbərliktən tələb edib.
28 yaşlı futbolçunun transfer qiyməti 25 milyon avrodur.
Qeyd edək ki, R.Neveşin Səudiyyə Ərəbistanı klubu ilə sözləşməsi gələn ilin yayında başa çatacaq.