Ruben Neveş Premyer Liqaya qayıtmaq istəyir
"Əl-Hilal"ın yarımmüdafiəçisi Ruben Neveş İngiltərə Premyer Liqasına qayıtmaq istəyir.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "İnter" və "Yuventus" portuqaliyalını transfer etmək istəsə də, 28 yaşlı oyunçu İtaliyada çıxış etmək fikrində deyil.
R.Neveşin əsas məqsədi İngiltərəyə qayıtmaqdır.
Qeyd edək ki, "Mançester Yunayted" və "Nyukasl Yunayted" klubları sözügedən futbolçu ilə yaxından maraqlanır.