Runi ən yaxşı seçildi
İngiltərə millisinin və "Mançester Yunayted"in hücumçusu Ueyn Runi 2015-ci ilin ən yaxşı futbolçusu seçilib.
SportLine.az "Daily Mirror"a istinadən xəbər verir ki, azarkeşlər ötən il milli komandanın heyətində iştirak edən futbolçulardan ən yaxşısını müəyyənləşdiriblər. Futbolsevərlərin 37 faizinin rəğbətini qazanan Ueyn Runi milli komandada çıxış edən ən yaxşı futbolçu adına sahib çıxıb.
Qeyd edək ki, 30 yaşlı hücumçu 2015-ci ildə İngiltərə millisinin heyətində 5 qola imza atıb.