Runi "Everton"a qayıtdı
"Mançester Yunayted"dən ayrılan Ueyn Runinin yeni klubu müəyyənləşib. SportLine.az xəbər verir ki, futbolçu sabiq komandası - "Everton"a qayıdıb.
Hücumçu mersisaydlılarla iki illik müqaviləyə qol çəkib.
31 yaşındakı futbolçu 2004-cü ildə keçdiyi “qırmızı şeytanlar”ın heyətində 13 il eçirib və 14 kubok qazanıb.
Qeyd edək ki, İngiltərə milli komandasında da çıxış edən Runi milli ilə 119 oyunda meydana çıxıb.