Millimizin sabiq üzvü davada

Rusiya Milli Futbol Liqasında keçirilən “Sibir” Novosibirsk və “Torpedo” Armavir komandalarının görüşündə xoşagəlməz hadisə yaşanıb. SportLine.az xəbər verir ki, hakimin meydan sahiblərinin qapısına iki penalti təyin etməsi etirazlara səbəb olub. 2-ci penaltidən sonra “Sibir”in futbolçusu Aleksandr Makarenko qonaq komandanın oyunçusu Nikita Qluşkovun ayağına zərbə endirib. Bundan sonra ara qarışıb. Davada, millimizin sabiq üzvü Abdulla Abatsiyev də yaxından  iştirak edib.

Qeyd edək ki, görüş 2:2 hesabı ilə yekunlaşıb.