Rusiya futbolunda maraqlı müsabiqə
Moskvada "Miss Spartak-2017" müsabiqəsinin qalibi müəyyənləşib. Sportline.az xəbər verir ki, qalib adına Yana Bondarçuk layiq görülüb. O, klubu "Miss RFPL" müsabiqəsində təmsil edəcək. İkinci yeri tutan Polina Svetkova isə "Miss FNL"-ə (Rusiya I divizionu) qatılacaq. Qeyd edək ki ənənə halını alan bu müsabiqələrdə müxtəlif klubların yüzlərlə qadın fanatı qələbə uğrunda mübarizə aparır.
