Rusiyalı futbolçu koronavirusa yoluxdu

Rusiyanın "Rubin" komandasının üzvləri arasında keçirilən koronavirus testlərinin nəticəsi açıqlanıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kazan təmsilçisinin müdafiəçisi Nikolay Poyarkovda xəstəliyin simptomları aşkarlanıb.

21 yaşlı futbolçu şəxsi evində karantinə alınıb.

Qeyd edək ki, daha əvvəl "Rubin"in yarımmüdafiəçi Konstantin Pliyevin də koronavirusa yoluxduğu haqda məlumat verilmişdi.