Rusiyada olimpiya medalçılarına avtomobil əvəzinə pul veriləcək

Pekin-2022 Qış Olimpiya Oyunlarının qalibi olmuş rusiyalı idmançılar hədiyyə olaraq avtomobil əvəzinə pul kompensasiyası alacaqlar.

Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, hazırkı vəziyyətdə xarici istehsalçılar bu ölkənin olimpiyaçılarını lazımi sayda avtomobillə təmin edə bilmirlər.

Alınmayan maşınlara görə yeni pul kompensasiyasından əlavə, olimpiadanın qızıl medalçısı üçün 4 milyon rubl, gümüş mükafata 2,5 milyon rubl, bürünc medala isə 1,7 milyon rubl məbləğində nəğd pul veriləcək.

Qeyd edək ki, Rusiya Pekin-2022-də 6 qızıl, 12 gümüş və 14 bürünc medal əldə edib.