Ruslan Abışov Almaniya yolunda

"Qəbələ"nin və milli komandamızın futbolçusu Ruslan Abışov bu günlərdə Almaniyaya yollanacaq. Futbolçunun meneceri Sərxan Abışovun SportLine.az saytına verdiyi məlumata görə, səfərin məqsədi müalicə ilə bağlıdır. 

Ruslan Almaniyanın Münhen şəhərində uzun müddət əziyyət çəkdiyi ayağındakı zədədən qurtulmaq niyyətindədir. "Qəbələ"nin müdafiəçisi ardınca komandanın qış toplanışına qatılacaq.

Banner