Ruslan Abışov axır ki, bir qərara gəldi
"Qəbələ”nin və milli komandamızın futbolçusu Ruslan Abışov nişanlanıb. SportLine.az xəbər verir ki, futbolçu Nərgiz adlı xanımla ailə qurmaq yolunda ilk addımı atıb.
Şəmkirdə baş tutan nişan mərasimində cütlüyün ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, Nərgiz Abdullayeva Ruslan Abışovun qohumudur.
Allah xoşbəxt eləsin!