“Sabah” Avropa Liqasında mübarizəni dayandırıb
“Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sele” (Sloveniya) komandasına iki oyunun nəticəsinə əsasən məğlub olaraq mübarizəni dayandırıb.
Sportline.az xəbər verir ki, tərəflər arasında cavab qarşılaşması Sloveniyanın Sele şəhərindəki eyniadlı stadionda baş tutub.
Görüşün əsas vaxtı Bakı klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Belə də qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Burada “Sele”nin vurduğu qol həlledici olub. Meydan sahiblərindən Franko Kovaçeviç (19 və 49-cu dəqiqələr) və Nikita Yosifov (108-ci dəqiqə) fərqlənib. “Sabah”da isə Coy Lens Mikels (9, 63 və 64-cü dəqiqələr) het-trikə imza atıb.
Qeyd edək ki, komandalar arasında Bakıda baş tutan ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.