Sabah millinin baş məşqçisi təsdiqlənəcək

Sabah AFFA İcariyyə Komitəsinin iclası keçiriləcək. Sportline.az xəbər verir ki, böyük maraqla gözlənilən toplantıda milli komandanın yeni baş məşqçisinin adına aydınlıq gətirilməlidir. Robert Prosineçki ilə yolları ayıran federasiya rəhbərliyinin bu dəfə yerli mütəxəssisə üstünlük verəcəyi müzakirə mövzusudur. Yeganə namizəd kimi isə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun adı hallandırılır. Ölkə çempionunun Çempionlar Liqasındakı uğurlu çıxışı bu məsələni yenidən gündəmə gətirib. Çox güman ki, sabahkı iclasda məhs Qurban Qurbanova etimad göstəriləcək.