"Sabah" – "Qarabağ" matçının keçiriləcəyi tarix bəlli olub

Azərbaycan Premyer Liqasının I turundan təxirə salınan "Sabah" – "Qarabağ" matçının keçiriləcəyi tarix bəlli olub. 

Sportline.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. 

Görüş dekabrın 18-də baş tutacaq. Qarşılaşama komandaların avrokubok oyunlarına görə təxirə salınmışdı.