“Sabah” - “Sele” matçının başlama saatı bilinib

"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı "Sele" (Sloveniya) komandası ilə matçlarının başlama saatı açıqlanıb.

Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən bildirilib.

İyulun 10-da "Bank Respublika Arena"da keçiriləcək görüş saat 20:00-da start götürəcək. Ayın 17-də Sloveniyada baş tutacaq cavab qarşılaşması isə saat 22:00-da başlayacaq.