“Sabah” “Sele”yə qarşı
“Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün ilk matçına çıxacaq.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi Sloveniyanın “Sele” klubu ilə üz-üzə gələcək.
“Bank Respublika Arena”da keçiriləcək və qazaxıstanlı referi Daniyar Saxinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
10 iyul
20:00. “Sabah” - “Sele” (Sloveniya)
Baş hakim: Daniyar Saxi (Qazaxıstan).
“Bank Respublika Arena”
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 17-də Sloveniyada keçiriləcək.