"Sabah" yeni transferlə müqavilənin şərtlərini açıqladı

“Sabah” almaniyalı vinger Coy-Lens Mikelslə müqavilənin müddətini açıqlayıb. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2 ildir. O, yeni komandasında “20” nömrəli formanı geyinəcək.

Konqo əsilli futbolçu karyerası ərzində Almaniyanın “Borussiya-2” (Münhenqladbax, 2013-2014), “Şalke-2” (2014-2016), “Alemannia” (2016/2017), “Vakker Nordhauzen” (2017-2020), “Karl Zeys Yena” (2020) və Niderlandın “Maastrixt” (2020-2021) klublarında çıxış edib.

Qeyd edək ki, “Sabah” yay transfer dövründə daha öncə Elvin Camalov, Səlahət Ağayev və Xuan Kamaranı heyətinə cəlb etmişdi.