"Sabah"ın potensial rəqiblərinin sayı azalıb
"Sabah" komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin mümkün rəqiblərinin sayı dördə düşüb.
Bunlar "Şaxtyor” (Donetsk, Ukrayna), “Şerif” (Moldova), "Sele" (Sloveniya) və "Spartak"dır (Trnava, Slovakiya).
Qeyd edək ki, raundun püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. "Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.