"Sabah"ın rəqibi heyətini yeni transferlə gücləndirib

"Sabah"ın UEFA Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibi "Sele" (Sloveniya) yarımmüdafiəçi transfer edib.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Darko Hrka ilə 2027-ci ilə qədər müqavilə imzalanıb.

"Nafta"dan (Sloveniya) transfer olunan 25 yaşlı futbolçu ötən mövsüm bütün yarışlarda 37 oyun keçirib.

Qeyd edək ki, "Sabah" və "Sele" arasında ilk oyun iyulun 10-da "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.