"Sabah"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində potensial rəqibi müəyyənləşib
"Sabah"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində potensial rəqibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi I təsnifat mərhələsini adlayacağı təqdirdə, növbəti raundda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
Bu mərhələnin ilk oyunları iyulun 24-də, cavab görüşləri isə 31-də təşkil olunacaq. Təmsilçimiz növbəti mərhələyə vəsiqə qazanarsa, ilk oyununu öz meydanında keçirəcək.
Qeyd edək ki, “Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Sele” klubu ilə qarşılaşacaq. Komanda ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.