Sabiq "Everton"lu "Liverpul"a keçə bilər

"Everton"un sabiq futbolçusu Entoni Qordon "Liverpul"un transfer siyahısında yer alır.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

24 yaşlı sol cinah vingerinin dəyəri 60 milyon avrodur.

Qeyd edək ki, Qordon hazırda "Nyukasl"da forma geyinir. Sözügedən oyunçunun klubla sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.