Sabiq həyat yoldaşı məşhur futbolçudan daha 6 milyon tələb edir
"Pari Sen-Jermen"in qapıçısı Matvey Safonovun sabiq həyat yoldaşı ondan daha 6 milyon rubl tələb edir.
Sportline.az xəbər verir ki, bu haqda Sport Baza teleqram-kanalında məlumat yayılıb.
Mənbənin bildirdiyinə görə, rusiyalı futbolçu bundan əvvəl 64 milyon rubl məbləğində aliment ödəmişdi.
Qeyd edək ki, məhkəmənin 2024-cü ildə çıxardığı qərara əsasən Safonov məvacibinin 1/4 hissəsini yeganə övladlarını tərbiyyə edən sabiq həyat yoldaşının hesabına köçürür.