Sabiq "Milan"lı "Yuventus"a keçə bilər

"Nyukasl Yunayted"in italiyalı futbolçusu Sandro Tonali mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda "Calciomercato" nəşri məlumat yayıb.

Tonali "Yuventus"un maraq dairəsinə düşüb. Turin klubu bu keçid üçün "Nyukasl"a 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 3 qol və 2 asistlə yadda qalıb.

Tonali 2021-2023-cü illər ərzində "Milan" klubunda çıxış edib.