Sabiq “Trabzonspor”lu “Fənərbağça”ya keçə bilər
"Trabzonspor"un sabiq futbolçusu Aleksander Sörlot "Fənərbağça"nın transfer siyahısında yer alıb.
Sportline.az "Sky Spor TR"yə istinadən xəbər verir ki, İstanbul klubu Sörlot üçün "Atletiko Madrid"lə danışıqlara başlayıb.
29 yaşlı mərkəz hücumçusunun dəyəri 25 milyon avrodur.
Qeyd edək ki, Sörlot "Fənərbağça"ya transfer olmağa isti yanaşır.