Sabiq "Xəzər Lənkəran"lı "Sumqayıt"da

2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə cəlb edib.

SportLine.az klubun saytına istinadən xəbər verir ki, son olaraq "Xəzər Lənkəran"da çıxış etmiş Kamran Abdullazadə ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü yarımmüdafiəçi mütəmadi olaraq U-15, U-16, U-17 və U-19 milli komandalarında çıxış edib.