Sabiq "Yuventus"lu "Milan"a keçə bilər

"Liverpul"un italiyalı futbolçusu Federiko Kyeza karyerasını "Milan"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

27 yaşlı futbolçunun transfer qiyməti 17-22 milyon avrodur.

Qeyd edək ki, Kyeza cari mövsüm çıxış etdiyi 12 matçda 2 qol və 2 asistlə yadda qalıb.

Onun "Liverpul"la müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, Kyeza ötən ilin yayında "Yuventus"dan "Liverpul"a 12 milyon avro qarşılığında transfer olmuşdu.