Saka həftəlik 300 min avro maaş alacaq

"Arsenal"ın ingiltərəli futbolçusu Bukayo Saka həftəlik 300 min avro maaş alacaq.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Bu məbləğ London klubunun tarixində ən yüksək göstəricidir.

Qeyd edək ki, Saka bu mövsüm meydana çıxdığı 10 matçda 3 qolla yadda qalıb.