Sakanın maaşı həftəlik 300 min funt-sterlinq olacaq
İngiltərə Premyer Liqasında turnir cədvəlinə başçılıq edən və bu mövsüm bütün yarışlarda çempionluq uğrunda mübarizə aparan "Arsenal" heyətini qorumaq istiqamətində vacib addım atır.
Sportline.az xəbər verir ki, London təmsilçisi daxili transfer çərçivəsində Bukayo Saka ilə müqaviləni uzatmağa hazırlaşır.
BBC-nin yaydığı məlumata görə, tərəflər 5 illik yeni sözləşmə ilə bağlı bütün şərtlərdə razılıq əldə edib.
Hazırkı müqaviləsi 2027-ci ildə başa çatacaq Saka yeni kontraktla həftəlik 300 min funt-sterlinq qazanacaq. Bununla da ingilis futbolçu komandanın ən çox qazanan oyunçusu olacaq.