Salah İtaliyaya qayıdır

“Roma” Məhəmməd Salahın yüksək səviyyəli geri dönüşünü istyir. Misirli hücumçunun “Liverpul”dakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik artmaqdadır.

Sportline.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, son həftələrdə Salah ilə “Liverpul” arasındakı münasibətlər pisləşib.

Ötən yaz 2027-ci ilə qədər yeni müqavilə imzalamasına baxmayaraq, baş məşqçi Arne Slotla gərginliyin artdığı bildirilir.

Xüsusilə bəzi əsas oyunlardan kənarda qalması və ictimai açıqlamalar tərəflər arasındakı münasibətləri daha da gərginləşdirib.