Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər
"Liverpul"un ulduzu Mohamed Salah yayda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Foot Mercato" nəşri məlumat yayıb.
"Əl-İttihad" 33 yaşlı futbolçunu heyətinə qatmaq israrlıdır.
Qeyd edək ki, Salahın Mersisayd təmsilçisi ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.