Salah “Liverpul”dan ayrıla bilər
“Liverpul” və Misir millisinin 32 yaşlı futbolçusu Mohammed Salah karyerasını İspaniyada davam etdirə bilər.
Sportline.az “FourFourTwo” nəşrinə istinadən xəbər verir ki, İspaniya nəhəngi “Real Madrid” gələn yay azad agent olacaq futbolçunu heyətinə qata biləcəyinə ümid edir. Klub yanvarda oyunçunun meneceri ilə əlaqə saxlayacaq.
Salahla maraqlanan bir digər klub isə Fransa çempionu “Paris Sen Jermen”dir.
Qeyd edək ki, Mohammed Salah bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 6 qol və 5 asistlə yadda qalıb.