Salah “Liverpul”dan ayrılır
Səudiyyə Pro Liqasının rəhbərliyi qarşıdakı yay transfer pəncərəsində “Liverpul”un cinah hücumçusu Məhəmməd Salahın potensial olaraq hansı komandaya keçə biləcəyi ilə bağlı ölkənin aparıcı klubları ilə aktiv danışıqlar aparır.
Sportline.az xəbər verir ki, əvvvəllər 33 yaşlı hücumçunun əsas namizədi “Əl-İttihad” hesab olunurdu, lakin “Ən-Nəsr” də iddiaçılar sırasında yer alır.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, Salahın klubla sözləşməsi 2027-ci ilin yayında başa çatacaq.