Salanın cəsədi tapıldı
Fransanın "Nant" klubunda çıxış edən argentinalı futbolçu Emiliano Salanın cəsədi tapılıb. SportLine.az xəbər verir ki, bu barədə İngiltərə polisi məlumat yayıb.
Bildirilib ki, La-Manş sularından çıxarılan cəsədin müayinəsi nəticəsində onun E.Salaya məxsus olduğu müəyyənləşdirilib.
Pilot David İbbotsondan, hələ də bir xəbər yoxdur.
Yanvarın 22-də E.Salanı Nantdan Kardiffə aparan təyyarə qəzaya uğrayıb. Nəticədə, futbolçu və təyyarəni idarə edən pilot həlak olub.