"Salzburq" - "Brügge": Heyətlərdəki son durum

Bu gün “Salzburq” və “Brügge" arasında UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu olacaq.

Sportline.az xəbər verir ki, heyətlərə nəzər saldıqda "Salzburq"da itkilərin sayı kifayət qədərdir.

Kristian Zavietski, Con Melberq, Castin Omoregi, Karim Konate, Moussa Kounfolo Yeo, Takumo Kavamura və Valentin Sulzabaker zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

“Brügge”də isə Qustaf Nillson, Joel Ordonez və Kiriani Sabbe baş məşqçi Niki Hayenin sərəncamında olmayacaq.

Start fiti 23:00-da səslənəcək matçı serbiyalı Sırdan Yovanoviç idarə edəcək.