“Salzburq” öz meydanında “Porto” ilə qarşılaşacaq

UEFA Avropa Liqasının Liqa mərhələsinin 1-ci turuna bu gün yekun vurulacaq.

Sportline.az xəbər verir ki, gecənin mərkəzi matçı "Red Bull" arenada keçiriləcək.

"Salzburq" doğma divarlar arasında "Porto" ilə üz-üzə gələcək.

Avstriya klubunda Yannik Şuster, Con Mellberq, Karim Konate, Takumu Kavamura, Valentin Sulzbaçer zədə, Klement Bisoff cəza səbəbindən iştirak edə bilməyəcək.

"Porto"da Luk De Yonq, Nehuen Perez, Martim Fernandeş, Alberto Kosta və Stefen Eustakio oyunun iştirak ərzəsində yer almayıb.

Qeyd edək ki, görüş bu gecə saat 23:00-da başlanacaq.