Samet Akaydına Avropadan sürpriz təklif
''Fənərbağça'' müdafiəçisi Samet Akaydınla ilə yollarını ayıra bilər.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, sözügedən futbolçuyla Fransanın ''Nitsa'' klubu maraqlanır.
''Nitsa'' Türkiyə millisinin müdafiəçisini 1 illik icarəyə götürmək niyyətindədir.
Qeyd edək ki, Samet Akaydının ''Fənərbağça'' ilə 2026-cı ilədək müqaviləsi var.