Samir Abbasov: "Bu meydançada gəzmək belə çətin məsələdir"

Topaz Premyer Liqasının 10-cu turunun açılış matçında hesab açılmayıb. Sport Line.az xəbər verir ki, “Kəpəz”lə “Sumqayıt” Gəncədəki qarşılaşmadan qolsuz bərabərliklə ayrılıb. “Sumqayıt” klubunun baş məşqçisi Samir Abbasov nəticəyə meydan amilinin də təsir göstərdiyini vurğulayıb. “Bu meydançada nəinki futbol oynamaq, gəzmək belə çətin məsələdir”-deyən baş məşqçi yaxın vaxtlarda problemin aradan qaldırılacağına ümid bəslədiyini bildirib.

Banner