Samir Abbasov komandasını istirahətə yolladı
Türkiyənin Bolu bölgəsindəki hazırlıq prosesini başa vuran “Sumqayıt” vətənə qayıdıb. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında qonşu ölkəni tərk edən komanda artıq Bakıya çatıb.
Baş məşqçi Samir Abasovun planına əsasən komanda 3 gün müddətində istirahət edəcək. “Sumqayıt” avqustun 1-dən etibarən Premyer Liqanın I turunun hazırlığına başlayacaq.