Samir Abbasov "Sumqayıt"la vidalaşdı

“Sumqayıt” baş məşqçi Samir Abasovla yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mütəxəssis tezliklə “Neftçi”nin sükanı arxasına keçəcək: “Neftçi” ilə əldə olunmuş razılıq və Samir Abasovun şəxsi istəyini nəzərə alaraq baş məşqçi ilə “Sumqayıt” klubu arasında əməkdaşlıq başa çatıb”.

Qeyd edək ki, Samir Abasov daha əvvəl “Neftçi”yə rəhbərlik edib və komanda ilə çempionluq sevinci yaşayıb.