"Samtredia" heyətini gücləndirdi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a rəqib olan "Samtredia" heyətini gücləndirib. SportLine.az xəbər verir ki, Gürcüstan çempionu Fildişi Sahilindən olan hücumçu İnters Guini transfer edib.

25 yaşlı futbolçu “Samtredia”ya azad agent statusu ilə keçib. İnters Qui Portuqaliyanın “Gimarayş” və “Akademika” klublarında oynayıb. Son olaraq icarə əsasında İtaliyanın “Çiasso” klubunda çıxış edən futbolçu heç bir oyunda iştirak etməyib.

Futbolçunun adı “Qarabağ”la oyun üçün iştirak ərizəsinə salınıb.

Qeyd edək ki, Bakıda keçirilən görüşdə “Samtredia”ya 5:0 hesabı ilə qalib gələn Ağdam təsmilçisi iyulun 18-də Tiflisdə cavab oyununu keçirəcək.